ABŞ-nin Meyn ştatında Xocalı qurbanları anılıb
26 fevral, 2024ABŞ-nin Meyn ştatında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Portlənd şəhərində fəaliyyət göstərən Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhərin ictimai və siyasi xadimləri, Azərbaycan icmasının, eləcə də, ABŞ-də yaşayan, Azərbaycana dost münasibəti bəsləyən müxtəlif xalqların nümayəndələri iştirak edib.
Anım tədbirində iştirak edən azyaşlılar əvvəlcə Azərbaycan Dövlət himnini ifa edib, Xocalı hadisələrinə aid çəkdikləri rəsmləri nümayiş etdirib, şeirlər səsləndiriblər. 2-ci Qarabağ müharibəsinin canlı şahidi olan məktəblilərdən biri müharibə vaxtı Tərtər rayonunda məktəbin bombalanması zamanı orada olduğunu və o an keçirdiyi dəhşətli hissləri, acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Anım mərasimində iştirak edən digər qonaqlar da dünya ictimaiyyətini Xocalı faciəsinə biganə yanaşmamağa çağırıblar.
Xatırladaq ki, Leviston şəhərində yerləşən “Munka Art Gallery”də baş tutan tədbir çərçivəsində nümayiş olunan Xocalı həqiqətlərini əks etdirən fotosərgi, informativ posterlər tədbir iştirakçılarının marağına səbəb olub. Anım tədbirində Xocalı qurbanlarının xatirəsinə şamlar yandırılıb, anım guşəsinə güllər düzülüb.
Foto qalereya
Digər xəbərlər