ABŞ-ın Filadelfiya şəhərində Azərbaycan bayrağı ucaldılıb

31 may, 2023

ABŞ-ın Filadelfiya şəhər meriyasının “City Hall”dakı binasının qarşısında 28 May – Müstəqillik günü münasibətilə Azərbaycan Bayrağının qaldırılması mərasimi keçirilib.

ABŞ-ın Filadelfiya şəhərində Azərbaycan bayrağı ucaldılıb

Filadelfiyada fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri Şirazi Abdullayevin təşəbbüsü ilə baş tutan mərasimdə meriyanın nümayəndəsi Şeyla Hess, şəhər şurasının üzvü Devid Oh, Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Ceyhun Novruzov, Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) türk dövlətləri üzrə  təmsilçisi Muhammed Sami Görgülü, Amerika Ahıska Türkləri Fondunun rəhbəri Şuhrat Temirov və başqaları iştirak ediblər. 

Tədbirdə çıxış edən amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbax və başqaları şəhərin ictimai-siyasi, sosial-iqtisadi sahələrinə, mədəni müxtəlifliyinə və millətlərarası qarşılıqlı anlaşmaya töhfələr verən soydaşlarımızı bayram münasibətilə təbrik ediblər. Məhz Filadelfiyada 1776-cı ildə ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığını xatırladan natiqlər Amerika azərbaycanlılarının öz ölkələrinin Müstəqillik Gününü bu şəhərdə qeyd etməsinin rəmzi məna daşıdığını vurğulayıblar.

Azərbaycan bayrağının ölkəmizin Dövlət himninin sədaları altında ucaldılmasından sonra şəhər meri Ceyms F. Kenninin 28 may tarixinin şəhərdə “Azərbaycanın Milli Günü” elan edilməsinə dair imzaladığı bəyannamə icmamıza təqdim olunub.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər