Ukrayna mətbuatında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

18 iyun, 2026

Ukrayna mətbuatında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Ukraynanın “Naşa Versiya” nəşrində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan məqalə dərc olunub.

Məqalənin müəllifi həmvətənimiz, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir.

Yazıda Azərbaycan xalqının taleyində mühüm rol oynayan bir sıra əlamətdar hadisələrin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd olunur. Həmçinin onun uzaqgörən və qətiyyətli rəhbərliyi olmadan gənc Azərbaycan dövlətinin bugünkü inkişaf yolunu təsəvvür etməyin çətin olduğu bildirilir.

Məqalədə 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsinə çevrildiyi vurğulanır. Həmin dövrdə ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyi, parçalanma və dövlət çevrilişi təhlükəsinin aradan qaldırıldığı, milli həmrəyliyin gücləndirildiyi və cəmiyyətdə gələcəyə inamın möhkəmləndirildiyi qeyd olunur. Azərbaycanın milli maraqlarını qorumağa qadir olan Milli Ordunun formalaşdırılması istiqamətində mühüm addımların atıldığı da diqqətə çatdırılır.

Müəllif, həmçinin Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində uzunmüddətli strateji xətt müəyyənləşdirərək siyasi varisliyin möhkəm təməlini yaratmasına diqqət çəkir. Yazıda həmin siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etməsi, bunun nəticəsində Azərbaycanın sürətlə inkişafda olan dövlətlər sırasında mövqeyini möhkəmləndirməsi vurğulanır.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

Лідер як опора: чому молоді потрібні сильні державні постаті - Наша версiя

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər