Torontodakı Azərbaycan Evində İsmayıl Hüseynovun fərdi fotosərgisi açılıb

30 may, 2023

Kanadanın Hamilton şəhərində yaşayan fotoqraf İsmayıl Hüseynovun Toronto Azərbaycan Evində “Mən Azərbaycandanam” mövzusunda fərdi fotosərgisinin açılış mərasimi keçirilib.

Torontodakı Azərbaycan Evində İsmayıl Hüseynovun fərdi fotosərgisi açılıb

Tədbirdə Toronto, Hamilton şəhərlərində yaşayan Azərbaycan icmasının və digər millətlərin nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycan Evinin direktoru Lalin Həsənova hər bir azərbaycanlının doğma ocağına çevrilən Toronto Azərbaycan Evində indiyədək təşkil olunmuş tədbir və görüşlərdən danışıb. 

Sonra ziyarətçilər Azərbaycanın görməli yerlərini və füsunkar təbiətini əks etdirən fotoşəkillərlə tanış olublar. 

Fərdi sərgisi münasibətilə azərbaycanlı fotoqrafı təbrik edən icma üzvləri və qonaqlar rəsm əsərləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın zəngin mədəniyyəti, füsunkar təbiəti və turizm imkanları barədə qonaqlara ətraflı məlumat verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər