Torontoda fəaliyyət göstərən Azərbaycan Evində Yay düşərgəsi keçirilir
13 avqust, 2024Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evində ilk dəfə olaraq uşaqlar üçün yay düşərgəsi təşkil olunub. Düşərgə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənovanın təşəbbüsü ilə baş tutub.
Düşərgədə Kanada Azərbaycan Evinin kollektivi və “Mənim Azərbaycanım” həftəsonu məktəbinin müəllim heyəti ilə yanaşı könüllülər də yaxından iştirak edir. Həftənin beş günü təşkil olunan düşərgədə müxtəlif fənlər tədris olunur və uşaqların əylənməsi üçün öyrədici oyunlar keçirilir.
Düşərgə ilə bağlı videonu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:
Foto qalereya
Digər xəbərlər