Poltavadakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub

9 dekabr, 2024

Poltavadakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Radasının Poltava Vilayəti İctimai Təşkilatının rəhbəri Füzuli Qənbərovu qəbul edib.

Komitə sədri Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirdiyini söyləyib.

Görüş zamanı Ukraynadakı Azərbaycan diasporunun mövcud vəziyyəti və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Sonra Füzuli Qənbərova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Füzuli Qənbərov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, xaricdə yaşayan azərbaycanlıların Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini, bundan sonra da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəklərini nəzərə çatdırıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər