Azərbaycan icması Əbu Dabidə təmizlik aksiyasında iştirak edib
18 dekabr, 2024Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Əbu Dabi Şəhər Bələdiyyəsinin təmizlik aksiyasında iştirak edib.
"Family Park A"-da keçirilən aksiyada Ərəb Ölkələrində yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynovanın təşəbbüsü ilə soydaşlarımız təmizlik işləri aparıb.
Üzərində Azərbaycan və BƏƏ-nin bayrağı olan köynəklər geyinmiş soydaşlarımız “Təmiz parklar, işıqlı sabahlar” şüarı ilə 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilməsini, həmçinin “COP29”-u diqqətə çatdırıb.
Şəhər Bələdiyyəsi aksiyada aktiv iştiraka görə Azərbaycan icmasının üzvlərinə təşəkkür edib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər