Finlandiyalı nümayəndə heyəti Azərbaycanda səfərdədir

23 avqust, 2024

Finlandiyalı nümayəndə heyəti Azərbaycanda səfərdədir

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nümayəndə heyətinin tərkibinə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış jurnalist, “Hymy” jurnalının redaktor müavini, Deputatlar Qrupunun keçmiş sədri (2021), Vantaa-Kereva şəhər dairəsi sovetinin sabiq üzvü (2022), Vanta-Kereva regional hökumətinin sabiq üzvü Antero Eerola, Finlandiyanın sabiq müdafiə naziri, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso və Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə, mədəniyyət nazirinin müavini Fərid Cəfərovla, Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədovla görüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti hazırda Şuşa və Laçında səfərdədir. Burada qonaqların tarixi abidələri, şəhərin görməli yerlərini ziyarəti, erməni vandalizmi və işğalından azad edilən torpaqlarımızda aparılan yenidənqurma işləri ilə tanışlığı nəzərdə tutulur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər