“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində 7-ci təlim keçirilib

13 yanvar, 2025

“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində 7-ci təlim keçirilib

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baş tutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsr edilib.

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imic və nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic və nüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin “Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunması alətləri” və digər mövzular haqqında məlumat verib.

Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər