Təranə Nəzərova Finlandiyanın Vanta-Kereva regional hökumətinin sabiq üzvü ilə görüşüb
23 may, 2025
Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova ilə Vanta-Kereva regional hökumətinin sabiq üzvü, Vantaa-Kereva şəhər dairəsi şurasının üzvü (2022) Antero Eerola arasında səmimi və konstruktiv görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Finlandiya arasında dostluq münasibətləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Finlandiyada yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, iki ölkə arasında cəmiyyətlərarası dialoqun dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər