Stanford Universitetində yazıçı Ayxan Əliyevin “Suyun külü” kitabının təqdimatı keçirilib
23 may, 2025
ABŞ-nin Stanford Universitetində yazıçı və psixoloq Ayxan Əliyevin “Suyun külü” (“The Ash of the Water”) kitabının təqdimatı keçirilib. Təqdimat sahibsiz heyvanlara dəstək məqsədilə təşkil olunan “Ümid Pəncələri” (“Hope for Paws”) xeyriyyə tədbiri çərçivəsində baş tutub. Tədbirdən əldə edilən bütün gəlirlər heyvan sığınacaqları və xilasetmə təşkilatlarına ianə olunub.
Tədbirdə iştirak edənlər müəlliflə görüşərək kitab haqqında fikir mübadiləsi aparıblar.
Kitabı dünyanın bir çox satış platformalarından əldə etmək mümkündür (https://www.barnesandnoble.com/w/the-ash-of-the-water-dr-aykhan-aliev/1146881130?ean=9798350992342).
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ayxan Əliyev 2024-cü ildən Prezident mükafatı laureatıdır. Nyu Yorkda yaşayan soydaşımızın rus və ingilis dillərində bir çox əsərləri işıq üzü görüb.
Foto qalereya
Digər xəbərlər