Tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyev haqqında müsahibəsi Misir mətbuatında

14 may, 2025

Tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyev haqqında müsahibəsi Misir mətbuatında

Misir mətbuatında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı müsahibəsi dərc olunub.

Seymur Nəsirov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində xüsusi yer tutduğunu, öz həyatını xalqa xidmətə həsr etdiyini və adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

O, məqalədə  Ulu Öndərin siyasi fəaliyyəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin qısa müddət ərzində dövlət qurumlarını konsolidasiya etməyə, beynəlxalq əlaqələri möhkəmləndirməyə, ölkənin uzunmüddətli davamlı inkişaf strategiyasının əsaslarını qoymağa müvəffəq olduğunu vurğulayıb. İslam dünyası və ərəb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://po-news-eg.net/News_Details.aspx?id=68833&Title=في-الذكرى-الـ102-ميلاد-رئيس-الجالية-الأذربيجانية-ف-الرأي-العام

https://boldnews.net/جمعية-الصداقة-المصرية-الأذربيجانية-ت/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər