Dmanisidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dərs keçirilib
14 may, 2025.jpeg)
“Dmanisi Tədris Mərkəzi”ndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan dərs keçirilib.
Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Kamran Xıdırov açılış nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında məktəblilərə məlumat verib. O, Azərbaycanın gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmləndiyini bildirib. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızda erməni işğalına son verdiyini vurğulayıb.
Tədbirdə, həmçinin Ulu Öndərin həyat və siyasi fəaliyyətinə dair inşa müsabiqəsi keçirilib, Ümummilli Lider haqqında film göstərilib. Sonda inşa müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.
Foto qalereya
Digər xəbərlər