Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib

11 noyabr, 2026

Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin tələbə və müəllim heyəti 8 Noyabr – Zəfər Gününü qeyd edib.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb, gənclərin milli dəyərlərə bağlılığının və tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Daha sonra gənclər Tbilisinin qədim Abanotubani məhəlləsində və Metexi qala-kompleksi ərazisində Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandıraraq səmaya rəngarəng şarlar buraxıblar.

Rəmzi aksiya iştirakçıların Azərbaycanın tarixi qələbəsinə olan qürur hissini, eləcə də Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və həmrəyliyi nümayiş etdirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər