Marneulidə Zəfər Gününə həsr olunan fləşmob keçirilib
11 noyabr, 2026
Gürcüstanın Marneuli şəhərində “Yeni Nəslin Liderləri” təşəbbüsünün təşkilatçılığı və gənclərin iştirakı ilə Zəfər Gününə həsr olunan simvolik fləşmob keçirilib.
Şəhərin mərkəzi meydanında baş tutan fləşmob zamanı gənclər Azərbaycanın Zəfərinin əbədiliyini və davamlılığını simvolizə edən sonsuzluq işarəsi formasında düzülüb, Azərbaycan və gürcü dillərində Zəfər Gününə aid şüarlar səsləndiriblər.
Təşəbbüsün əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı gənclərə Zəfər Gününün tarixi əhəmiyyətini çatdırmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və tarixi yaddaşını möhkəmləndirmək olub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
