Özbəkistandakı soydaşlarımız Zəfər Gününü qeyd ediblər
11 noyabr, 2026
Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Mərkəzin rəhbərliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən, xalqımızın milli birliyindən və qəhrəmanlıq salnaməsindən bəhs edib. Həmçinin Zəfərin gələcək nəsillər üçün mənəvi dəyəri vurğulanıb.
Çıxışlarda milli kimliyin, ana dilinin və tarixi yaddaşın qorunmasının vacibliyinə də diqqət çəkilib.
Bayram əhval-ruhiyyəsi və yüksək ruh yüksəkliyi ilə yadda qalan tədbirin bədii hissəsi Azərbaycanın milli musiqilərinin səsləndirilməsi ilə davam edib.
Foto qalereya
Digər xəbərlər
