Stokholmda Novruz bayramı qeyd edilib

18 mart, 2024

Stokholmda Novruz bayramı qeyd edilib

16 mart tarixində İsveçin paytaxtı Stokholm şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, İsveç Beynəlxalq Media Qrupu və Azərbaycan Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində İsveçin müxtəlif şəhərlərindən gələn 300-ə yaxın qonaq iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Media Qrupun sədri Rahim Sadiqbəyli İsveçin ayrı-ayrı yerlərində yaşayan həmvətənlərimizi qədim bayramımız olan Novruza həsr olunmuş tədbirdə görməkdən məmnunluğunu bildirib. Daha sonra SAF (İsveç-Azərbaycan Assosiasiyası) sədri Sevda Dadaşova qonaqları təbrik edib, “Qarabağ” həftəsonu məktəbinin şagirdlərinə hədiyyələr verib.

Stokholmda fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbinin şagirdləri tədbirdə “Almalı” rəqsini ifa ediblər. Bayram proqramında Azərbaycanın tanınmış musiqiçiləri Abbas Əhməd, Çinarə Məlikzadə və musiqi tərtibatçısı Ümid Babayev iştirak ediblər.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər