Fransa mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konsertdən yazıb

7 may, 2024

Fransa mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konsertdən yazıb

Fransanın https://jonathan-chaste.smartrezo.com xəbər portalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Parisdə keçirilmiş konsertdən bəhs edən məqalə yayımlanıb. 

Tədbirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutduğu bildirilib.

Məqalədə konsert proqramının istedadlı fleytaçı Ağarahim Quliyev və görkəmli pianoçu Eldəniz Ələkbərzadənin ifası ilə yadda qaldığı, Azərbaycan xalq mahnısı “Laçın”ın təsirli ifasının tədbirin kulminasiya nöqtəsi olduğu və bunun Azərbaycan mədəniyyətinin mahiyyətini əks etdirməkdə böyük rol oynadığı yazılıb. Tədbirin ikinci hissəsində azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın rəsm əsərlərindən ibarət “Souffle de printemps” (“Bahar nəfəsi”) adlı sərgiyə yer verilməsinin mədəniyyətlərarası dialoqda incəsənətin əhəmiyyətini göstərdiyi bildirilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://jonathan-chaste.smartrezo.com/article-tv-locale-paris-hommage-culturel-a-paris-celebration-de-l-heritage-d-heydar-aliyev.html?id=28128

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər