Şuşa Azərbaycan Evində “Qarabağ müharibəsində Türkiyənin rolu” mövzusunda konfrans keçirilib

7 may, 2024

Şuşa Azərbaycan Evində “Qarabağ müharibəsində Türkiyənin rolu” mövzusunda konfrans keçirilib

Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evində “Türkiyənin Qarabağ müharibəsində rolu” konfransı keçirilib.

Tədbirdən əvvəl Kayserinin Talas rayonunda salınmış Azərbaycan Qardaşlıq Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Şuşa Azərbaycan Evinin ev sahibliyi etdiyi konfransın məruzəçisi təhlükəsizlik və terrorla mübarizə üzrə ekspert Dr. İmbat Muğlu olub.

Tədbirdə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Prof. Dr. Seyyit Sertçelik, Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtuluş Karamustafa, qeyri-hökumət təşkilatlarının nümayəndələri, mətbuat nümayəndələri, ictimaiyyət və tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov iki ölkənin qardaşlığının və türk dövlətlərinin birliyinin vacibliyini bildirib.

Prof. Dr. Kurtulmuş Karamustafa Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinə istinad edərək əlaqələrin və Kayseri şəhərində Şuşa Azərbaycan Evinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Prof. Dr. Seyit Sertçelik Kayseridə yaradılan Azərbaycan Qardaşlıq Parkı, Xocalı Parkı, Şuşa Azərbaycan Evi kimi layihələrin iki qardaş xalqı daha da yaxınlaşdıracağını, kültür fərqliliklərini aradan qaldıracağını deyib. 1-ci və 2-ci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verərək, Qarabağ Zəfərinin memarlarının hər iki ölkənin prezidentləri olduğuna diqqət çəkib.

Dr. İmbat Muğlu Qarabağ Zəfərinə gedən yolu, müharibə zamanı baş verənləri və ondan sonrakı prosesləri ətraflı izah edib, Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə də toxunub.

Sonda Şuşa Azərbaycan Evi adından Dr. İmbat Muğluya xüsusi hədiyyə verilib, Prof. Dr. Seyit Sertçelikə “Əziz şəhər - Şuşa” kitabı təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər