Avstraliya azərbaycanlıları Türkiyə-Yaponiya dostluğuna həsr olunmuş konsertdə iştirak edib

7 may, 2024

Avstraliya azərbaycanlıları Türkiyə-Yaponiya dostluğuna həsr olunmuş konsertdə iştirak edib

Sidneydə məşhur yapon bəstəkarı və dirijoru Seiji Mukaiyamanın Türkiyə-Yaponiya dostluğuna həsr edilmiş “Dünyada sülhə çağırış” adlı konsert proqramı təşkil edilib.

Ölkə rəsmiləri və işgüzar dairələrin nümayəndələri, Avstraliyada akkreditə olunmuş diplomatik missiya rəhbərləri də daxil olmaqla 3 minə yaxın tamaşaçının qatıldığı konsert  proqramı Türk Hava Yollarının dəstəyi və təşkilatçılığı ilə “Opera House”da baş tutub.

Seiji Mukaiyama tərəfindən bəstələnmiş “Dostluq" adlı simfonik əsərin iki hissədən ibarət kompozisiyalarını dinləyənlər arasında Avstraliya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvləri də olub.

Konsert ilk hissəsi Türkiyə Hava Yollarının 1985-ci ildə İran-İraq müharibəsinin başlamasından iki saat əvvəl Tehran aeroportunda çətin vəziyyətdə qalmış Yaponiya vətəndaşlarını təxliyə etməsinə, ikinci hissəsi isə 1890-cı ildə Yaponiya sahillərində fırtına zamanı faciəvi şəkildə batan “Ertuğrul” türk gəmisinin sağ qalmış heyətinin yaponiyalılar tərəfindən xilasına həsr olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər