Stavangerdəki soydaşlarımız Müstəqillik Gününü qeyd edib
2 iyun, 2026
Norveç Krallığının Stavanger şəhərindəki Azərbaycan icması 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirib.
Soydaşlarımız Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının azadlıq iradəsini, dövlətçilik ənənələrini və milli birlik ruhunu təcəssüm etdirən 28 May tarixi Stavangerdə böyük qürur, sevinc və fəxarət hissi ilə qeyd olunur. Çıxışlarda Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərdən, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindən və ölkəmizin beynəlxalq nüfuzunun artmasından da söz açılıb.
Tədbir iştirakçıları dövlət müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayaraq, Azərbaycanın daha da güclənməsi, xalqımızın rifahı, ölkəmizdə davamlı sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə xoş arzularını ifadə ediblər.
Digər xəbərlər
