Soydaşımız koreyalıları Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması ilə tanış edib

1 noyabr, 2024

Soydaşımız koreyalıları Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması ilə tanış edib

Seulun “Stream and Forest” adlı kitabxanasında Koreyanın məşhur şairi Yun Dong-Junun 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Yun Dong-Ju Koreyanın müstəqillik hərəkatına həsr etdiyi şeirləri ilə tanınan şairdir.

Tədbir zamanı Koreya Respublikasında yaşayan soydaşımız, İNHA Universitetinin məzunu, fəlsəfə doktoru Leyla Məsimli Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından söhbət açıb.

Əsərin koreya dilinə tərcüməsində koreyalı həmkarı ilə birlikdə Leylan Məsimli də iştirak edib. O, Rusiya-İran müharibələrinin sonucu olaraq 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycan torpaqlarının iki yerə bölünməsi haqqında danışıb, Koreya müharibəsindən sonra iki yerə ayrılmış Koreya xalqının bu faciənin miqyasını daha yaxşı anladığını vurğulayıb. Leyla Məsimli ölkənin müstəqilliyindən və xalqların ayrılmasından bəhs edən bu əsərə görə Bəxtiyar Vahabzadənin təqiblərə məruz qaldığını diqqətə çatdırıb.

Soydaşımız Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə onun tərcüməsində koreya dilində işıq üzü görmüş “Azərbaycan xalq nağılları” adlı kitab haqqında da məlumat verib. Koreyanın “Dohun” nəşriyyatında çap olunan kitabın tərtibçilərindən biri də koreyalı yazar Yu Su Jindir.

Tədbirdən videoçəkilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=uWDT6UQbi6Q

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər