İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri başlayıb

1 noyabr, 2024

İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri başlayıb

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri təşkil edilib. Turnir 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunub.

İdman tədbirinin açılışında Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədri Adalet Turan və müşaviri Pərviz Məmmədzadə çıxış edərək turnirin keçirilməsində əsas məqsədin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişməsi olduğunu bildiriblər.

Futbol turnirinə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub.

Turnirin final oyunu 8 Noyabr - Zəfər Günündə keçiriləcək.

Qalib komanda TADEF tərəfindən turnirin kuboku ilə mükaflandırılacaq. Digər komandalara isə sertifikat təqdim olunacaq.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər