Aberdin Universitetinin “Gaudie” qəzetində COP29 sammiti haqqında məqalə dərc olunub
1 noyabr, 2024Şotlandiyanın Aberdin Universitetində Tələbələr Assosiasiyası tərəfindən nəşr olunan “Gaudie” qəzetində Azərbaycanda keçiriləcək CO29 haqqında “Qlobal İqlim fəaliyyətində Azərbaycanın rolu: Davamlı gələcəyə yol açmaq” başlıqlı məqalə dərc edilib.
Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri İbrahim Xasıyevin müəllifi olduğu məqalədə ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə həyata keçirdiyi tədbirlərin önəmi vurğulanıb və gənclərin bu işdə fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
“COP29 sammiti dünya liderlərinin, alimlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iqlim dəyişikliyi ilə bağlı konkret tədbirləri müzakirə edəcəyi mühüm bir beynəlxalq platformadır. Azərbaycan Tələbə Cəmiyyəti olaraq, bu sammitin əhəmiyyətini universitet mühitində işıqlandırmaq və iqlim dəyişikliyi mövzusunda maarifləndirməni artırmaq üçün fəaliyyət göstərməyi öz missiyamızın vacib bir hissəsi kimi görürük,” – deyə müəllif bildirib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
Foto qalereya
Digər xəbərlər