Soydaşımız Fransada şirniyyat butiki açıb

23 sentyabr, 2024

Soydaşımız Fransada şirniyyat butiki açıb

Fransanın Tarbes şəhərində Azərbaycan əsilli Elvira Əliyeva Bairamont şirniyyat butiki açıb. Açılış mərasiminə Fransada yaşayan soydaşlarımız, o cümlədən Tarbes şəhərinin meri Gerard Tremege qatılıb.

Qonaqlar şirniyyat çeşidlərini, xüsusilə də milli mətbəximizin təamlarını rəğbətlə qarşılayıblar.

Yeni açılan şirniyyat dükanında milli təamlarımız və fransız şirniyyatları müştərilərə təqdim ediləcək.

13 ildir Fransada yaşayan Elvira Əliyeva Bairamont həmin ölkəyə getdiyi ilk vaxtlarda tərcüməçi kimi çalışıb. Kulinariyaya həvəsi və marağı olduğundan sevdiyi sahəni daha da təkmilləşdirmək üçün peşə məktəbində təsil alıb. Daha sonra öz adına kiçik bir şirkət açaraq onlayn şəkildə də fəaliyyət göstərməyə başlayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər