Alyans Gənclər Mərkəzinin məzunu Türkiyənin nüfuzlu universitetlərindən birinə qəbul olub

20 sentyabr, 2024

Alyans Gənclər Mərkəzinin məzunu Türkiyənin nüfuzlu universitetlərindən birinə qəbul olub

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı, Gürcüstanda fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin həm məzunu, həm də könüllüsü Laşa İsabalayev “Türkiye Bursları” təqaüd proqramı ilə Türkiyənin nüfuzlu universitetlərindən olan Dokuz Eylül Universitetinin Memarlıq fakültəsinə qəbul olub.

Bir çox layihələrdə və rəssamlıq müsabiqələrində iştirak edən L.İsabalayev təqaüdü qazanmaq üçün çox çalışdığını, özünə və istedadına daim inandığını deyib.

“Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçın şəhərində keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak edərək təcrübəmi daha da genişləndirdim. Bu tədbirin xaricdəki azərbaycanlıların ölkələri ilə bağlarının daha da möhkəmləndirilməsi, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarının inkişafı, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün müstəsna rol oynadığını xüsusilə vurğulamaq istəyirəm”,- deyə o bildirib.

Bundan əlavə, Laşa Gürcüstanda da tam təqaüdlə Tbilisi Dövlət Tibb Universitetinə qəbul alıb. O,  Diasporla İş üzrə Dövlət Komitəsinə Gürcüstanda yaşayan soydaşlarımıza daim göstərdiyi qayğıya görə təşəkkürünü bildirib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər