Tallin şəhərində soydaşımızın rəsm sərgisi keçirilir

20 sentyabr, 2024

Tallin şəhərində soydaşımızın rəsm sərgisi keçirilir

Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzində Mərkəzin rəhbəri Rövşən Quliyevin (Rövşən Nur) əsərlərindən ibarət sərgi keçirilir. Sərgidə Azərbaycan mədəniyyətinə, təbiətinə və tarixi abidələrinə həsr edilmiş əsərlər nümayiş olunur. Sərgi müddətində qonaqların zövqünü oxşayan Azərbaycan musiqisi səsləndirilir.

Sərgi çərçivəsində Rövşən Quliyev tərəfindən xalçatoxuma sənəti üzrə ustad dərsləri keçirilir. Dərslər “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzində təşkil olunur. Yerli və xarici qonaqlar Mərkəzdə ustad dərslərinə qoşula və nümayiş olunan əsərlərə baxa bilərlər.

Qonaqlar sərgi ilə bağlı öz müsbət fikirlərini bölüşərək belə tədbirlərin davamlı olmasını dilə gətiriblər.

Sərgi sentyabr ayının 30-a kimi davam edəcək.

Qeyd edək ki Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Estoniyada mütəmadi olaraq bu cür tədbir və sərgilər təşkil olunur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər