Soçi şəhərində Azərbaycan-Rusiya dostluq əlaqələrindən danışılıb
15 sentyabr, 2023Rusiyanın Soçi şəhərində “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi Soçi şəhər ictimai təşkilatının yaradılması çərçivəsində “Rusiya-Azərbaycan: çoxəsrlik dostluq əlaqələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan və rus icmalarının üzvləri iştirak ediblər.
Qonaqları salamlayan “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimov rəhbərlik etdiyi təşkilatın yaranması tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra tədbirdə “Bulaq” Ryazan reqional ictimai təşkilatının sədri Elşən Əliyev, “Milli İcmalar Şurası” şəhər təşkilatının sədri Konstantin Çebotar, rus icmasının sədri Aleksandr Kravtsov və başqaları çıxış ediblər. Natiqlər iki ölkə arasında dostluq əlaqələrinin tarixindən və inkişafından danışıblar. Bu dostluğun qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda şəhərdəki icmalararası münasibətlərə və milli-mədəni müxtəlifliyə töhfələr verən müxtəlif icmaların rəhbərlərinə və üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Foto qalereya
Digər xəbərlər