Şimkənddə Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

11 noyabr, 2026

Şimkənddə Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

Qazaxıstanın Şimkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunan açıq dərs keçirilib.

Dərsin əsas məqsədi şagirdlərə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər haqqında ətraflı məlumat vermək, onlarda milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək və Vətənə məhəbbət hissini aşılamaq olub.

Müəllimlər şagirdlərə 44 günlük Vətən müharibəsinin gedişi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbə barədə məlumat veriblər. Zəfər Gününün Azərbaycan xalqının birliyinin, əzminin və milli iradəsinin təcəssümü olduğu bildirilib.

Şagirdlər fəal iştirak edərək Zəfər Gününə həsr olunan şeirlər səsləndiriblər.

Xaricdə yaşayan soydaşlarımızın gənc nəslinin milli kimlik, Azərbaycan dili və mədəniyyətinə bağlı ruhda formalaşması, eləcə də ölkəmizin tarixi Zəfərinin gələcək nəsillərə çatdırılması istiqamətində bu kimi maarifləndirici tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər