Şimkənddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən açıq dərs keçirilib
14 may, 2026
Qazaxıstanın Şimkənd şəhərində fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi" İctimai Birliyinin nəzdindəki həftəsonu məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan açıq dərs keçirilib.
Dərs zamanı şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik sahəsindəki misilsiz xidmətləri barədə ətraflı məlumat verilib. Onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və ölkənin beynəlxalq nüfuzunun artırılmasındakı rolundan bəhs edilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
