Seçki tarixində bir ilk: xaricdəki Azərbaycan evlərində seçki məntəqələri təşkil olunub
8 fevral, 2024Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində soydaşlarımızın səsvermə hüquqlarından istifadə etməsi üçün müxtəlif ölkələrdə yaradılan seçki məntəqələrinin bir neçəsi ilk dəfə olaraq xaricdəki Azərbaycan evlərində təşkil olunub. Bu, soydaşlarımızın yaşadıqları ərazilərə yaxın yerlərdə səs vermələrinə böyük imkan yaradıb.
Xatırladaq ki, hazırda 16 ölkədə dövlətimizin dəstəyi ilə 27 Azərbaycan Evi fəaliyyət göstərir, həmin evlər soydaşlarımızın təşkilatlanması, ana dilini, tarix və mədəniyyətimizi öyrənmələri, ölkəmizi daha dərindən tanıtmaları üçün əvəzsiz rola malikdir.
Fevralın 7-də Barselona Azərbaycan Evində, Eskişehir Azərbaycanlılar Dərnəyində, Kayseridə Şuşa Azərbaycan Evində və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində səyyar səsvermə təşkil olunub.
Bundan başqa, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne şəhərində yerləşən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlunun təşkilatçılığı, burada fəaliyyət göstərən “Qarabağlı LTD” şirkətinin rəhbəri Fuad Səfərəliyevin maliyyə dəstəyi ilə seçki hüququ olan 50 nəfər Azərbaycan vətəndaşının Ankara şəhərindəki səfirliyimizdə yaradılmış seçki məntəqəsində səs verməsi üçün onların aviabiletləri alınıb və səfər müddətində otellə təmin olunub.
Barselona Azərbaycan Evinin rəhbəri və "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri Kərim Kərimov Diaspor TV-yə açıqlamasında rəhbərlik etdiyi evdə soydaşlarımız üçün belə bir imkanın yaradılmasını yüksək qiymətləndirib.
https://www.youtube.com/watch?v=wbKYZ2VnlgQ
Foto qalereya
Digər xəbərlər