Şanlı Zəfər tariximizə milli iradənin və birliyin təntənəsi kimi yazılıb

12 noyabr, 2026

Şanlı Zəfər tariximizə milli iradənin və birliyin təntənəsi kimi yazılıb

Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər nəticəsində 30 illik işğala son qoyulub, torpaqlarımız düşmən tapdağından azad edilib, ölkəmizin ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti bərpa olunub. Bu möhtəşəm qələbə Azərbaycan xalqının tarixinə ədalətin, milli iradənin və birliyin təntənəsi kimi yazılıb.

Çıxışlarda vurğulanıb ki, Zəfərimizin təməlində şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və bütün xalqımızın sarsılmaz iradəsi dayanır. Xaricdə yaşayan azərbaycanlıların da hər zaman Vətənin yanında olduğu, milli maraqlarımızın qorunmasına və ölkəmizin uğurlarının təbliğinə töhfə verdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, xaricdəki Azərbaycan Evlərində ölkəmizin tarixi günləri, əlamətdar hadisələri və milli bayramları münasibətilə soydaşlarımızın iştirakı ilə çoxsaylı tədbirlər keçirilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər