Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans təşkil edilib

31 may, 2023

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans təşkil edilib

Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. 

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Məclisinin, yerli dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri, Azərbaycanın və Rusiyanın diplomatları, elm xadimləri və soydaşlarımız iştirak ediblər. 

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun adından konfrans iştirakçılarına təbrik məktubu Xarici Əlaqələr Komitəsi sədrinin vəzifəsini icra edən Arbi Abubakarov tərəfindən oxunub. 

Konfransda RANEPA Sankt-Peterburq filialının direktoru Andrey Xlutkov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsinin müavini İqor Demyanenko, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, “Müasir Dövlət İnkişafı İnstitutu" qeyri-kommersiya təşkilatının direktoru Dmitri Solonnikov çıxış ediblər.  

Məruzəçilər Heydər Əliyevin sovet dönəmində və Azərbaycanın müstəqilliyi dövründə keçdiyi həyat yolu və siyasi fəaliyyətindən bəhs ediblər, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına və  möhkəmlənməsinə verdiyi töhfələrə diqqəti cəlb ediblər. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər