Rustavidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi anılıb

14 may, 2026

Rustavidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi anılıb

Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin müəllim və şagird kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd ediblər.

Mərkəzin üzvləri Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsi önünə əklil qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərkəzin rəhbəri Raida Dərziyeva görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin inkişafına verdiyi mühüm töhfələr barədə ətraflı danışıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər