Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Buxara vilayət filialının növbəti hesabat-seçki konfransı keçirilib

27 iyun, 2024

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Buxara vilayət filialının növbəti hesabat-seçki  konfransı keçirilib

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM) Buxara vilayət filialının növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransda RAzMMM-nin, Daşkənd şəhərində fəaliyyət göstərən “Qardaşlıq” mərkəzinin rəhbərliyi, eləcə də yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

Hesablama komissiyasının məlumatına görə hesabat-seçki konfransında dəvət olunanların əksəriyyəti iştirak edib, 11 nəfər idarə heyətinin, 3 nəfər təftiş komissiyasının üzvü seçilib.

Konfransda çıxış edənlər iclas iştirakçılarını Qurban bayramı və Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təbrik edib, RAzMMM-nin Buxara vilayətininin sədri seçilən Maral Məmmədovaya gələcək fəaliyyətində uğurlar arzulayıblar.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər