Gürcüstanda yaşayan soydaşımızın rəsm sərgisi keçirilib

28 iyun, 2024

Gürcüstanda yaşayan soydaşımızın rəsm sərgisi keçirilib

Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəllər kəndindən olan gənc rəssam Turanə Süleymanlının Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına muzeydə “Uğura ilk addımım” adlı rəsm sərgisi keçirilib.

Sərginin açılışında Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir zamanı gənc rəssam öz yaradıcılığı haqqında məlumat verib, gəncləri təhsil və inkişaf sahəsində dəstəkləyən Hasanxocalı kəndindəki “Parlaq Gələcək” Mərkəzinin rəhbəri Araz Musayevə öz təşəkkürünü bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər