Qırğız mediası Komitə sədrinin Bişkek səfərini geniş şəkildə işıqlandırıb
1 dekabr, 2023Qırğızıstan mediasında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Bişkek şəhərinə səfərini geniş şəkildə işıqlandırılıb.
“Birlik” Azərbaycanlıların İctimai Birliyinə istinadən verilmiş məlumatda bildirilib ki, səfər çərçivəsində Bişkekdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər baş tutub.
Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun görkəmli dövlət xadimi Heydər Əliyevin və dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan orta məktəbləri, “Birlik” Azərbaycanlıların İctimai Birliyinin nəzdindəki həftəsonu məktəbini, Qırğızıstan-Azərbaycan Dostluq Parkını ziyarət etdiyi, Kant şəhərinin meri Ulan Maylibaşevlə görüşdüyü, Pervomaysk kəndi ilə tanış olduğu, Qırğızıstan Xalqı Assambleyası ilə Komitə arasında Anlaşma Memorandumu imzalandığı, “Dilimiz – milli sərvətimizdir” mövzusunda elmi-praktik konfransın və “Dostluq” konsertinin keçirildiyi bildirilib.
Məqalədə qırğız siyasətçisi və dövlət xadimi, parlamentin keçmiş spikeri Medetkan Şerimkulovun, Qırğızıstanda Azərbaycanın Dostları Klubunun prezidenti, əməkdar incəsənət xadimi Assol Moldokmatovanın xalqlarımızın dostluğu, dahi şəxsiyyət Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında fikirlərinə yer verilib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://slovo.kg/?p=18496
Foto qalereya
Digər xəbərlər