Qardabanidə Zəfər Günü qeyd olunub
11 noyabr, 2026
Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbir Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin direktoru Çiçək Hüseynova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb. O, Qələbənin Azərbaycan xalqı üçün daşıdığı mənəvi dəyəri vurğulayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasında göstərdiyi qətiyyətli rəhbərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Digər çıxışçılar tarixi Qələbənin əhəmiyyətinə, xalqımızın birliyinə və şəhidlərin qəhrəmanlığına toxunublar. Həmçinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin bərpasına dair arzularını ifadə ediblər.
Tədbirin bədii hissəsində şagirdlər Vətənə, şəhidlərə və Zəfərə həsr olunan şeirlər səsləndiriblər.
Foto qalereya
Digər xəbərlər
