Qardabanidə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
5 mart, 2025.jpg)
Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim-anamın dili” adlı tədbir keçirilib.
Mərkəzin direktoru Çiçək Hüseynova tədbiri açaraq ana dilinin hər bir xalqın varlığını təsdiq edən başlıca amil olduğunu deyib. Millətin dili, əlifbası onun formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən hesab olunur.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva öz çıxışında: “Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”,-deyib.
Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutub.
Sonda Ana dilinə həsr olunmuş qısametrajlı film göstərilib.
Foto qalereya
Digər xəbərlər