Qaraçöpdən Latviyaya uzanan təhsil yolu
6 oktyabr, 2026
Gürcüstanın Qaraçöp mahalında yaşayan Sənan Şeyriyev Baltikyanı regionun nüfuzlu təhsil ocaqlarından biri sayılan Latviyanın EKA Universitetinə (Ekonomikas un kultūras augstskola) qəbul olub.
Düzəyrəm kənd məktəbini bitirən Sənan Şeyriyev ingilis dili üzrə biliklərini təkmilləşdirərək “Duolingo English Test” imtahanında uğurlu nəticə göstərib. O, həmçinin müxtəlif elmi layihə və olimpiadalarda iştirak edib.
Sənan Şeyriyevin Latviyada ali təhsil alması Qaraçöp mahalında yaşayan gənclərin xaricdə təhsil sahəsində əldə etdiyi uğurlardan biridir. Onun bu nailiyyətində ailəsinin və müəllimlərinin dəstəyi mühüm rol oynayıb.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
