Qahirədə ərəb dilinin inkişafında azərbaycanlı alimlərin rolundan danışılıb

14 aprel, 2025

Qahirədə ərəb dilinin inkişafında azərbaycanlı alimlərin rolundan danışılıb

Misirin Vəqflər Nazirliyinin təşkilatçılığı ilə Qahirədə “İslam dünyası xalqlarının ərəb dilinin inkişafında rolu” mövzusunda seminar keçirilib.

Seminarın budəfəki qonağı Qahirə Universitetinin müəllimi, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov olub. O, azərbaycanlı alimlərin ərəb dilinin inkişafına verdiyi töhfələrdən danışıb.

Qeyd edilib ki, ərəb dili sahəsində Azərbaycanda böyük alimlər yetişib. Onlar ərəb dilinin inkişafına tarixən dəyərli töhfələr verib.

Seymur Nəsirov çıxışında Azərbaycan alimlərindən Xətib Təbrizi, İzzəddin Zəncani və başqalarının yaradıcılığına da toxunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər