Macarıstan Azərbaycan Evində uşaqlar üçün emalatxana təşkil edilib
16 aprel, 2025
Budapeşt şəhərində fəaliyyət göstərən Macarıstan Azərbaycan Evində uşaqlar üçün emalatxana təşkil olunub.
Emalatxanaya valideynləri ilə birlikdə gələn uşaqlar orada əyləncəli vaxt keçiriblər. Onlar müxtəlif heyvan fiqurlarını istədikləri rənglərlə boyayaraq yaradıcılıqlarını göstəriblər.
Uşaq emalatxanasında soydaşlarımızla yanaşı, macar və digər millətlərdən olan ailələr də iştirak ediblər.
Qeyd edək ki, hazırda 19 xarici ölkədə 30 Azərbaycan Evi fəaliyyət göstərir və onlar ölkəmizin dünyada tanıdılmasında, eləcə də diasporumuzun birliyinin gücləndirilməsində mühüm rol oynayır. Belə evlərdən biri də 27 dekabr 2019-cu ildə açılan Macarıstan Azərbaycan Evidir.
Foto qalereya
Digər xəbərlər