Rəssam Rövşən Nur beynəlxalq sərgidə iştirak edir

18 aprel, 2025

Rəssam Rövşən Nur beynəlxalq sərgidə iştirak edir

Dubay şəhərində “World Art Dubai 2025” adlı beynəlxalq rəsm sərgisi keçirilir. Sərgi Yaxın Şərq regionunun ən irimiqyaslı incəsənət tədbirlərindən biri hesab olunur. Hər il onlarla ölkədən minlərlə sənətkarın iştirak etdiyi bu sərgi mədəniyyətlərin qovuşduğu unikal məkan kimi tanınır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin rəhbəri, rəssam Rövşən Quliyev (Rövşən Nur) həmin rəsm sərgisində iştirak edir.

Rövşən Nur milli ənənəvi motivləri müasir bədii ifadə vasitələri ilə birləşdirərək, müxtəlif mədəniyyətlərdən olan izləyicilərə tanış və təsirli obrazlar yaradır.

Qeyd edək ki, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin zəngin irsini tanıtmaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rövşən Nurun Estoniyada və dünyanın müxtəlif ölkələrində fərdi sərgiləri keçirilir, beynəlxalq tədbirlərdə əsərləri nümayiş olunur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər