Almaniya Azərbaycanlıları Alyansının növbəti toplantısı olub
18 aprel, 2025.jpeg)
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin yeni tərkibinin növbəti toplantısı olub. Onlayn toplantıda Alyansın İdarə Heyətinin üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri ilə iş şöbəsinin əməkdaşları iştirak edib.
Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmli və digər iştirakçılar Almaniyada fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar, diplomatik dairələr tərəfindən Azərbaycan əleyhinə səsləndirilən qərəzli və birtərəfli mövqelərə dərhal cavab verilməsinin vacibliyi vurğulayıblar.
Almaniyanın "DW Documentary" kanalında ölkəmiz əleyhinə yayımlanan qərəzli sənədli filmə Alyansın təşəbbüsü ilə Avropadakı Azərbaycan diasporunun kəskin etiraz etdiyi bildirilib. Eyni zamanda, 2025-ci ilin 6 və 7 aprel tarixlərində Qarabağ bölgəsində mina partlayışları nəticəsində bir hərbçimizin həlak olması, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqların müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan rəsmi məktublar barədə məlumat verilib.
İclasda, həmçinin Alyansın sosial media fəaliyyətinin genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yeni strategiyalar və Almaniyanın yerli media orqanları ilə əməkdaşlıqda yeni yanaşma üsulları müzakirə edilib.
Bundan əlavə, Ştutqart şəhərindən başlayaraq “Qərbi Azərbaycana Qayıdış” mövzusunda sərgi və silsilə tədbirlərin keçirilməsi təşəbbüsü barədə də ətraflı söhbət aparılıb.
Sonda Zəngəzur dəhlizinin və İpək Yolunun Avropa iqtisadiyyatı üçün əhəmiyyəti ilə bağlı prioritet mövzular ətrafında fikirlər səsləndirilib.
Foto qalereya
Digər xəbərlər