Azərbaycan İllinoysda keçirilən “Millətlər Günü” festivalında təmsil olunub
16 aprel, 2025
ABŞ-nin İllinoys ştatında müxtəlif millətlərin nümayəndələrinin iştirakı ilə ənənəvi “Millətlər Günü” festivalı keçirilib. Festivalda ölkəmizi həmin ştatda yaşayan soydaşımız Nəzrin Məmmədova təmsil edib. O, milli geyimdə Azərbaycanın “Ağ çiçəyim” rəqsini ifa edib. Soydaşımızın ifası tədbir iştirakçılarının marağına səbəb olub. Sonda festivalda çıxış edən digər xalqların nümayəndələri ilə birlikdə səhnəyə çıxıb və Azərbaycan bayrağını dalğalandırıb.
Nəzrin Məmmədova Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın qızıdır. Mərkəz 2015-ci ildən İllinoys ştatının Çikaqo şəhərində fəaliyyət göstərir və ABŞ-də Azərbaycan mədəniyyətinin, milli adət-ənənələrinin təbliği istiqamətində ardıcıl işlər görür.
Qeyd edək ki, diaspor təşkilatlarımızın və fəallarının mütəmadi olaraq bu cür tədbirlərə qatılması ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması baxımından olduqca faydalıdır.
Foto qalereya
Digər xəbərlər