Qahirədə “Azərbaycanın Yazı 2025” adlı sərgi keçirilib

8 may, 2025

Qahirədə “Azərbaycanın Yazı 2025” adlı sərgi keçirilib

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən “Misr Public Library”də rəsm və əl işlərindən ibarət, “Azərbaycanın Yazı 2025” adlı sərgi keçirilib.

Sərgi  “Azərbaycanı kəşf et” layihəsinin 5 illik yubileyi çərçivəsində baş tutub.

Layihənin rəhbəri Sədaqət Əliəşrəf və "The World of Absolute Art Association"in  rəhbəri Vafa Abdinin təşkil etdiyi sərginin açılışına Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova, “Misr Public Library”nin direktoru Mr. Saad Abuzid, ICESCO-nun gənc sülh səfiri Sandi Salem və digər tanınmış misirli incəsənət xadimləri qatılıb.

Sədaqət Əliəşrəf “Azərbaycanı kəşf et” layihəsinin Azərbaycan mədəniyyətinin beynəlxalq arenada tanıdılması və təbliği istiqamətində əhəmiyyətli bir addım olduğunu qeyd edib. Belə təşəbbüslərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə də mühüm töhfə verdiyini bildirib.

Səbinə Səmədova çıxışında misirliləri və bütün ərəb dünyasını "Azərbaycanı kəşf et" layihəsində iştiraka dəvət edib.

İki günlük sərgidə Azərbaycanın zəngin mədəni irsini əks etdirən müxtəlif növ sənət nümunələri – milli rəsm əsərləri, əl işləri, bəzək və zinət əşyaları, geyim kolleksiyası və xalça üzərində işlənmiş təsviri sənət nümunələri nümayiş olunub. Sərgi iştirakçıları Azərbaycanın mədəni müxtəlifliyini, tarixi köklərini və yaradıcı potensialını yaxından tanımaq imkanı qazanıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar və xatirə kubokları təqdim olunub, onların mədəniyyət mübadiləsindəki dəyərli töhfələri qiymətləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər