Qabalda beynəlxalq idman turniri keçirilib
7 aprel, 2026
Gürcüstanda fəaliyyət göstərən “Qafqaz Arena” İdman Assosiasiyasının təşkilatçılığı ilə Laqodexi rayonunun Qabal mahalında idman turniri keçirilib.
Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İsrail və İrandan 300-dən çox gənc idmançı iştirak edib. Yarışlar gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və beynəlxalq idman əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
“Qafqaz Arena”nın rəhbəri Yavər Məmmədov bu cür tədbirlərin strateji önəmini vurğulayıb, bölgələrdə təşkil olunan yarışların gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına, onların idmana marağının artmasına və gələcəyin çempionlarının yetişməsinə töhfə verdiyini deyib.
Turnirin əsas təşkilatçısı İbrahim Məmmədov idmançılara uğurlar arzulayıb, hər bir iştirakçının “Qafqaz Arena” üçün xüsusi dəyər daşıdığını qeyd edib və belə yarışların davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Foto qalereya
Digər xəbərlər
