Pyatiqorsk şəhərində Həmrəylik Günü bayram edilib

29 dekabr, 2023

Pyatiqorsk şəhərində Həmrəylik Günü bayram edilib

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində yaşayan Azərbaycan icmasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər administrasiyasının, Dumasının nümayəndələri və 200 nəfərə yazın soydaşımız iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Təhmasib Zeynalov bayramlar münasibətilə soydaşlarımızı təbrik edib.

Tədbirdə çıxış edən şəhər Dumasının sədri Lyudmila Poxilko bu təbrikə qoşulub və xoş arzularını çatdırıb. Şəhər dumasının adından ictimai həyatda fəal iştirak edən Azərbaycan diasporunun fəallarına təşəkkürnamə təqdim edilib.

Bədii proqramla başa çatan tədbirdə iştirak edən 130 uşaga hədiyyələr verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər