Praqada soydaşımızın qalereyası açılıb
22 may, 2026
Praqanın tarixi mərkəzi olan Köhnə Şəhər Meydanının yaxınlığında “Delyafruz” qalereyasının rəsmi açılışı olub. Bu yeni incəsənət məkanı artıq müasir sənət və rəngkarlıq həvəskarlarının marağını cəlb edib.
“Delyafruz” Praqada azərbaycanlı rəssam, təsviri incəsənət üzrə fəlsəfə doktoru, rəngkarlıq və batik işləri ilə tanınan Delyafruz Bağırovanın yaratdığı qalereyadır. Burada soydaşımızın rəsm əsərləri ilə yanaşı, digər istedadlı rəssamların sərgiləri də nümayiş olunacaq.
Açılış mərasimində Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin əməkdaşları, Çexiyada fəaliyyət göstərən “Natavan” Cəmiyyətinin üzvləri və Praqanın ziyalı şəxsləri iştirak ediblər. Qonaqlar qalereyanın ekspozisiyası ilə tanış olaraq, Delyafruz Bağırovanın simvolizm, fəlsəfi dərinlik və ifadəli rəng estetikası ilə seçilən əsərlərindən zövq alıblar.
“Delyafruz” qalereyasının açılışı yalnız rəssamın yaradıcılığı baxımından deyil, həm də Praqanın mədəni həyatında əlamətdar bir hadisə kimi qiymətləndirilib.
Foto qalereya
Digər xəbərlər
