Praqada Heydər Əliyevin 100 illiyi konsertlə qeyd edilib

12 may, 2023

Praqada Heydər Əliyevin 100 illiyi konsertlə qeyd edilib

Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sarayında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Çex-Azərbaycan Birliyi”nin təşkilatçılığı ilə baş tutan konsertdə yerli ictimaiyyətin, Azərbaycan icmasının, ölkəmizə dost icma və təşkilatların nümayəndələri iştirak ediblər.

Konsert iştirakçılarını salamlayan “Çex-Azərbaycan Birliyi”nin sədri Eldar Vəliyev xatırladıb ki, bu il xalqımızın ümummilli liderinin 100 illiyi, Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi tamam olur və bu əlaqələrin yaranmasında Heydər Əliyev böyük rol oynayıb.

Praqa Film Orkestrin təmsilçisi Mixaela Ştrausova xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətləri auditoriyanın nəzərinə çatdırıb.

Sonra Praqa Film Orkestrinin və Slovakiyadan dəvət olunmuş məşhur violonçel ifaçısı Jan Pospişilin ifasında çex və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər